RU

1 milyon manata yaxın pul tələb edən məşhur tiktoker həbs olundu

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Beniz" ləqəbli məşhur tiktoker həbs olunub.
"Unikal"ın məlumatına görə, bu gün 1987-cu il təvəllüdlü Aybəniz Səyyaf qızı Xəlilova barəsində Suraxanı Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
"Beniz" ləqəbli tiktoker barəsində sevgili olduğu X.Kərimov Suraxanı Rayon Polis İdarəsinə şikayət edib və hüquq-mühafizə orqanı tiktoker barəsində şikayətçinin təqdim etdiyi sübutları əsas götürərək Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə) maddələri ilə cinayət işi başlanıb. Şikayətçi ərizəsində göstərib ki, Aybəniz Xəlilova ondan hissə-hissə olmaqla 836 min manat pul tələb edib.
Qeyd edək ki, şikayətçi ilə tiktoker uzun müddət sevgili münasibətində olublar.
Избранный
11
50
oxu.az

10Источники