RU

Hakan Fidan: “Onlar Türkiyəyə köçməyib”

Türkiyənin xarici işlər naziri Hakan Fidan da HƏMAS Siyasi Bürosunun Qətərdən Türkiyəyə köçməsi ilə bağlı iddiaları təkzib edib.

Bu barədə “Habertürk” xəbər verir.

“Biz artıq bu şayiələri təkzib etmişik, HƏMAS Siyasi Bürosu Türkiyəyə köçməyib. Qətərlilər də dediyiniz şayiələri təkzib etdilər. Ona görə də belə bir şeydən söhbət gedə bilməz”, - Fidan bildirib.

Xatırladaq ki, daha əvvəl “The Times of Israel” qəzeti adı açıqlanmayan ərəb diplomata istinadən HƏMAS-ın yüksəkvəzifəli nümayəndələrinin ötən həftə Qətərdən Türkiyəyə getdiyini yazıb. Rəsmi Ankara HƏMAS-ın Siyasi Bürosunun Türkiyəyə köçməsi ilə bağlı iddialara münasibət bildirərək həqiqətə uyğun olmadığını bildirmişdi.

"Cebheinfo.az"

Избранный
16
7
cebheinfo.az

8Источники