RU

“Azərbaycan yığmasına 6 qol vurduq, həm qürurlu, həm də xoşbəxtəm”

“Hesaba baxmayaraq, məncə, çətin oyun oldu.

Bu örtükdə oynamaq elə də asan deyil.

Bəzən istədiyiniz oyunu göstərmək mümkün olmur”.

Sportinfo.az xəbər verir ki, bu sözləri İsveç millisinin futbolçusu Emil Forsberq UEFA Millətlər Liqasının C Divizionunda Azərbaycana 6:0 hesabı ilə qalib gəldikləri VI tur oyun haqda deyib.

Otuz üç yaşlı yarımmüdafiəçi komandası ilə qürur duyduğunu bildirib:

“Meydana çıxıb, hər şəraitdə qələbə qazanmaq istəyirdik. Buna görə həm qürurlu, həm də xoşbəxtəm”.

O, nəticənin təəccüblü olmadığını vurğulayıb:

“Meydana qalib gəlmək üçün çıxmışdıq. Çox qol vurmaq istəyirdik.

Azərbaycan əzmkar komandadır. Amma məncə, biz mental olaraq çox yaxşı idik.

Fantastik əzmkarlıq nümayiş etdirdik. Böyük fərqlə qalib gəlmək istəyirdik və bunu etdik”.

Избранный
38
sportinfo.az

1Источники