RU

Kolumbiya Netanyahunu ölkəyə səfər edəcəyi təqdirdə həbs edəcək

Kolumbiyanın təhlükəsizlik qüvvələri İsrailin Baş naziri Benyamin Netanyahunu ölkəyə səfər edəcəyi təqdirdə Beynəlxalq Cinayət Məhkəməsinin orderi əsasında həbs edəcək.

hakimiyyet.az xəbər verir ki, bunu Kolumbiya Prezidenti Qustavo Petro "Əl-Cəzirə" telekanalına müsahibəsində bildirib.

Kolumbiya prezidenti əlavə edib ki, Fələstində və regionda baş verənlər təkcə müharibə deyil, əksinə, şimal ölkələrindən bütün cənuba təhdid mesajıdır. Onun sözlərinə görə, Boqota Qəzza münaqişəsi ilə bağlı mövqeyinə görə təzyiqlə üzləşib.

Избранный
29
6
hakimiyyet.az

10Источники