RU

COP29 məkanı plastiklərə qətiyyətlə “yox!” dedi

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində “İqlim dayanıqlılığı üçün plastik tullantıların effektiv idarə edilməsi: çağırışları anlamaq və imkanları kəşf etmək” mövzusunda müzakirələr aparılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qafqaz üçün Regional Ekoloji Mərkəzin Azərbaycan Nümayəndəliyi tərəfindən təşkil olunan müzakirələrdə plastik tullantıların idarə edilməsi və iqlim dayanıqlığı sahəsində çalışan müxtəlif ölkələrin dövlət rəsmiləri, beynəlxalq təşkilatların təmsilçiləri, eləcə də yerli və beynəlxalq ekspertlər iştirak ediblər. 

Tədbirdə çıxış edən ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev plastik tullantıların yaratdığı problemlər və ölkəmizdə bu sahədə görülən tədbirlər barədə məlumat verib. Onun sözlərinə görə, son illər ölkəmizdə bərk məişət tullantılarının idarə olunması istiqamətində mühüm addımlar atılıb, dövlət proqramları qəbul edilib, qanunvericilik bazası təkmilləşdirilib və müasir infrastruktur yaradılıb. Plastik tullantıların qlobal miqyasda ətraf mühitə və insan sağlamlığına ciddi təsir göstərən ən böyük problemlərdən biri olduğunu xatırladan nazir müavini deyib: “Plastik istehsalı və tullantıların yandırılması prosesi atmosferə böyük miqdarda istixana qazlarının buraxılmasına gətirib çıxarır. Bu da qlobal istiləşməni sürətləndirir və iqlim dəyişikliyinin mənfi təsirlərini artırır.”

Digər məruzəçilər də öz ölkələrində plastik tullantıların idarə olunması sahəsində həyata keçirilən təşəbbüslər və əldə olunan nailiyyətlərdən söhbət açıblar. Tədbirdə plastik tullantıların idarə edilməsində sektorlararası əməkdaşlığın rolu, maliyyə dəstəyi mexanizmləri, korporativ sosial məsuliyyət layihələri və dövlət-özəl tərəfdaşlıqları barədə fikir mübadiləsi aparılıb. Eyni zamanda, bu sahədə istehsalçının genişləndirilmiş məsuliyyəti yanaşmasının tətbiqi, tullantıların azaldılması, təkrar emalın təşviqi və dövri iqtisadiyyat modellərinin tətbiqi kimi mövzular müzakirə edilib.

Yeri gəlmişkən, Almaniyanın ətraf mühit, təbiətin mühafizəsi, atom təhlükəsizliyi və istehlakçıların hüquqlarının müdafiəsi üzrə naziri Steffi Lemke jurnalistlərə müsahibəsində bildirib ki, plastiklərin istehsalı, istifadəsi, utilizasiyası zamanı əhəmiyyətli həcmdə istixana qazı emissiya olunur. Onun sözlərinə görə, 2050-ci ilə qədər plastiklərin istehsalı və utilizasiyası nəticəsində il ərzində atmosferə 3 giqaton karbon atılacaq. Bu problemin qlobal səviyyədə təxirəsalınmaz tədbirlər tələb etdiyini vurğulayan nazir deyib ki, əgər mövcud tendensiyalar davam edərsə, iqlim dəyişikliyinə mənfi təsirlər daha da artacaq.

Избранный
51
xalqqazeti.az

1Источники