RU

Qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmalarında 14 faizlik artım qeydə alınıb

Bakı. Trend:

Cari ilin yanvar-oktyabr ayları ərzində İqtisadiyyat Nazirliyiyanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 14milyard 148,4 milyon manatdan çox vergi daxil olub, proqnoza 104,4faiz əməl edilib.

Dövlət Vergi Xidmətindən Trend-ə bildirilib ki, qeyri-neft-qaz sektorundadaxilolmalar 9 milyard 551,4 milyon manatdan artıq olub. Əvvəlkiilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları13,9 faiz artıb.

Ödənilən vergilərin 67,5 faizi qeyri-neft-qaz sektorunun, 32,5faizi isə neft-qaz sektorunun payına düşüb.

Избранный
46
15
az.trend.az

10Источники