Bu gün Misli Premyer Liqasında 14-cü tura yekun vurulacaq.
Fanat.Az xəbər verir ki, son gündə 2 oyun baş tutacaq.
Öncə “Turan Tovuz” “Sabah”ı qəbul edəcək.
Turun son matçı isə “Sumqayıt”la “Şamaxı” arasında keçiriləcək.
Daha öncə “Kəpəz” “Araz-Naxçıvan”a (0:2), “Səbail” isə “Qarabağ”a (0:3) uduzub, “Neftçi” “Zirə”yə (2:1) qalib gəlib.
Misli Premyer Liqası
14-cü tur
24 noyabr
“Turan Tovuz” – “Sabah”
Hakimlər: Rəşad Əhmədov, Kamran Bayramov, Rahil Ramazanov, Tural Qurbanov.
Tovuz şəhər stadionu, 17:00.
“Sumqayıt” – “Şamaxı”
Hakimlər: Rauf Cabbarov, Eyyub İbrahimov, Şirmamed Mamedov, Rəvan Həmzəzadə.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:00.