RU

COP29 sədrliyi COP30-a dəstək verəcək - Muxtar Babayev

COP29 sədrlik fəaliyyətini il ərzində davam edəcək və Braziliyanın COP30-a sədrlik fəaliyyətinə dəstək verəcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu COP29-un prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Bakıda keçirilən COP29-un yekun plenar sessiyasında bildirib.

"Biz hamını yeni milli səviyyədə müəyyən edilmiş töhfələrini fevrala qədər təqdim etməyi tövsiyə edəcəyik. Braziliyanın gələcək sədrlik fəaliyyətini dəstəkləyəcəyik və Rio konvensiyaları arasında tərəfdaşlıq əlaqələrini gücləndirməyə davam edəcəyik," - o bildirib.

M.Babayev həmçinin COP29 konfransına qatılan bütün iştirakçılara Azərbaycana iqlim məsələsində göstərilən etimada görə təşəkkürünü bildirib.

"Bu imkanları bizə verdiyiniz üçün minnətdaram. Gəlin, birlikdə irəliləyək və yaşıl dünya naminə həmrəyliyimizi nümayiş etdirək," - o əlavə edib.

Избранный
77
12
bakivaxti.az

10Источники