RU

Netanyahu mövqeyini yumşaltmaqdan imtina edib

İsrailin təhlükəsizlik orqanlarının rəhbərləri Baş nazir Binyamin Netanyahudan Fələstinin HƏMAS hərəkatı ilə razılaşmaya dair mövqeyini yumşaltmasını istəyiblər, lakin o, bundan imtina edib.

Azreform.info xəbər verir ki, bu barədə “Axios” portalı İsrailin iki məlumatlı rəsmisinə istinadən xəbər verib.

“Həftənin əvvəlində keçirilən görüşdə İsrailin müdafiə qüvvələrinin başçıları, Mossad və Ümumi Təhlükəsizlik Xidmətinin rəsmiləri Netanyahuya HƏMAS-ın İsrail qoşunlarının Qəzza zolağından çıxarılması və müharibənin dayandırılması ilə bağlı şərtlərindən imtina etməyəcəyinə əmin olduqlarını bildiriblər. Onlar Baş nazirə bildiriblər ki, İsrail hökuməti sövdələşmədə maraqlıdırsa, indiki mövqeyini yumşaltmalıdır. Lakin Netanyahu girovların azad olunması ilə bağlı sövdələşmə müqabilində müharibəni dayandırmaqdan imtina edib”, - portal yazıb.

Qeyd olunur ki, Netanyahu mövqeyini HƏMAS ilə belə bir razılaşmanın hərəkatın mövcudluğunu davam etdirməsinə imkan verməsi ilə əsaslandırıb.

Yaxın Şərqdə Fələstinin HƏMAS radikal hərəkatının yaraqlılarının 2023-cü il oktyabrın 7-də Qəzza zolağından İsrail ərazisinə sızmasından, sərhəd yaşayış məntəqələrinin sakinlərinin öldürülməsi və insanların girov götürülməsindən sonra vəziyyət kəskin şəkildə pisləşib. Buna cavab olaraq İsrail HƏMAS-ın hərbi və siyasi strukturunu məhv etmək və girov götürülənlərin hamısını azad etmək məqsədi ilə Qəzzada hərbi əməliyyata başlayıb.

Избранный
28
6
azreform.info

7Источники