RU

Sizdə bu hallar varsa Şopaqoliksiniz- PSİXOLOQ AÇIQLADI 

Son zamanlar gündəmin əsas mövzusu dilimizə yeni gələn Şopaqolik alışqanlığıdır. Mənası isə şoppinqi sevən deməkdir. 

Mövzu ilə bağlı daha ətraflı tanınmış psixoloq Samirə Bağırova Moderator.az-a danışdı. Bildirdi ki, Şopoqolik digər adı isə Oniomaniya kimi tanınan psixoloji pozuntudan əziyyət çəkən insanlar, aşırı dərəcədə alış-verişləri ilə diqqət mərkəzində olurlar:

 

"Şopoqoliklər əslində hər hansısa geyimə ehtiyac olmadığı təqdirdə, həmişə nə isə almağa ehtiyac hiss edirlər. Bu hal psixoloji aspektdən - diqqətə ehtiyac duyan, tənhalıq hissinə qapılan, daxili boşluq, sevgi sözlərinə ehtiyac hissi, daxili gizli depresiyadan əziyyət çəkən, həm xanımlarda, həm də bəylərdə geniş rast gəlinir. Əlbətdə ki, oniomaniyadan əziyyət çəkən insanlar satış, qazanc üçün, ən əlverişli insanlar hesab olunurlar. Belə ki, bu insanları mağazada xoş qarşılayanda, tərif etdikdə, xüsusi müştəri kimi diqqət ayırdıqda,  onlar özlərini ən xoşbəxt insan kimi hiss edərək, son qəpiklərini də alış- verişə sərf edə bilərlər. Bu səbəbdən müxtəlif geyim satış mərkəzləri məhz şopoqoliklərin pullarını ovlamaq üçün, müxtəlif reklam çarxları, süni endirim afişaları və sairə kimi manupalyativ yollara əl ataraq cəlb etmiş olurlar. Avropa məhz bu psixologiya üzərindən satış edir. Hətta satıcılar psixoloji kurslar keçirlər. Uğurlu satış üçün bir şopoqolikin daxili ehtiyaclarını bilmək çox önəmlidir. Şopoqolik yaxud oniomaniyadan əziyyət çəkən şəxslərin çoxu, bunun bir psixoloji pozuntu olduğunu çox zaman bilmir. Bu sindrom uşaqlıq travmalarına da bağlı ola bilər, yaxud sonradan qazanılmış hal da ola bilər. Maddi vəziyyəti üstün olan şəxslər bu pozuntuya “baxımlı” və ya “ yaxşı geyinməyi sevən “ kimi yanaşsalar da, hətta psixoloji pozuntu olduğunu bilmiş olsa da, bu pozuntu ilə yaşamağa maddi imkanı ona icazə verir. Zatən brend mağazaların çoxu  məhz psixi pozuntulu şəxslər üçün yaradılıb. Əgər imkanlı biri gündəlik geyimlərini də, ancaq brend markadan geyinirsə, birmənalı şəkildə psixiloji pozuntuya sahibdir. Maddi imkanı aşağı insanlarda bu həyat keyfiyyətini aşağı salır. Belə ki, son puluna qədər alış- veriş edən şəxs, sonradan özünü günahkar hiss edir, peşmanlıq yaşayır, depresiyası dərinləşir, daxili boşluğu artır. Bir çox hallarda  borcları çoxalır. Əlinə pul gəldiyi halda borclarını qaytarmaq əvəzinə,  yenidən alış veriş edir və bundan yenidən əziyyət çəkmiş olur. Qısamüddətli xoşbəxtlik hormonunun asılılığına çevrildiyi üçün, hər zaman daxili bədbəxtlik hissi yaşayır. Digər maraqlı məsələ də odur ki, şopoqoliklər hər aldığı geyimlərini heç də, sonrdan istifadə etmirlər. Çünki onu xoşbəxt edən əsas şey, yalnız alış zamanı onun diqqət mərkəzində olması anıdır. Şopoqolik yalnız ümumi geyimə deyil, konkret bir məhsula da fokuslanaraq, onun növlərini təkrar- təkrar ala bilir ki, buna misal yalnız çanta, yaxud yalnız ayaqqabı və sairə ola bilər. Bu da şüuraltı travmaya bağlı olan məsələdir. Daxilən tamamlana bilməyən, xoşbəxt ola bilməyən insan, xaricdən onu doldurmağa, tamamlanmağa çalışır".

Избранный
15
1
moderator.az

2Источники