Bu gün Rumıniyada prezident seçkiləri keçirilir.
Seçkilərin birinci turunda namizədlərdən hər hansı birinin qəlib gəlmək üçün yetərli səs toplaya bilməyəcəyi təqdirdə, dekabrın 8-də seçkilərin ikinci turunun keçiriləcəyi proqnozlaşdırılır.
Seçkilərin birinci turunda ən çox səsi ifrat sağçı Rumıniya Birliyi Alyansının lideri Corc Simion və Rumıniya Sosial Demokrat Partiyasının (PSD) dəstəklədiyi hazırkı Baş nazir Marsel Çiolakunun toplayacağı, ikinci turda da məhz bu iki namizədin mübarizə aparacağı gözlənilir.
www.anews.az