RU

"Biz son üç ildə həyəcan təbili yox, həyəcan orkestri çalmışıq" - bəs necə olacaq?

"Kəpəz" Misli premyer-liqasının 14-cü turunda "Araz-Naxçıvan”a uduzdu - 0:2. Komanda hazırda 7 xalla sonuncu pillədə qərarlaşıb.

Bu gedişlə elitanı tərk edəcəyinizinfərqindəsizmi? Nə kluba sponsor tapılır, nə də Gəncə şəhəri komandaya sahib çıxır. Həyəcan təbili çalmağın vaxtı deyilmi?

Bu sualları “Xəmsə” azarkeş qrupunun idarə heyətinin üzvü Aqşin Əsgərova ünvanladıq:

“Ümumiyyətlə, Azərbaycan futbolunun vəziyyəti ürəkaçan deyil. Millimizin nəticələrinə baxanda da bunu görmək olur. “Kəpəz” üç ildi sponsorsuz və maliyyə dayaqları olmadan yaşayır. Bu 3 il ərzində elitanı tərk etməmək uğrunda mübarizə aparıb. Bu, tək Gəncə futbolunun problemi deyil. Biz son üç ildə həyəcan təbili yox, həyəcan orkestri çalmışıq. Azarkeş kimi əlimizdən gələni edirik.
Görünən odu ki, Gəncə futboluna yaxın durmaq istəyən yoxdu. Maliyyə ayırmaq istəyən yoxdu. İşin görünən tərəfi budu. Belə başa düşürük ki, sponsor məsələsi daha yüksək çevrələrdə həllini tapmalıdı”.


ƏSƏD SEYİDOV
Избранный
66
football-plus.az

1Источники