RU

Bloomberg: Bayden Ukraynanı NATO-ya qəbul etməyə çağırmaq fikrini dəyişdi

ABŞ-ın hazırkı prezidenti Co Baydenin administrasiyası Ukraynanın NATO-ya qəbulu üçün ictimai çağırış imkanını nəzərdən keçirib, lakin bu plandan imtina edib.

“İki sahil” xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Qeyd edilib ki, Vaşinqtonun qərarı bu cür çağırışların qısa müddətdə uğur qazanma ehtimalının aşağı olması ilə bağlıdır.

“Bloomberg” yazıb ki, bu tədbir ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp hakimiyyətə gəlməzdən əvvəl hazırkı administrasiyanın Ukraynaya dəstək olmaq üçün görmək istədiyi tədbirlərdən biri olub.

Agentliyin bildirdiyinə görə, bunun əvəzinə, bir neçə ikitərəfli təhlükəsizlik sazişləri imzalanacaq ki, Ukraynaya təminat verilsin.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Избранный
68
ikisahil.az

1Источники