RU

Komanda qəzada ölən 9 yaşlı azarkeşin ailəsinin arzusunu yerinə yetirdi - VİDEO

“Qalatasaray”ın baş məşqçisi Okan Buruk və futbolçuları Avropa Liqasında keçirilən “Tottenhem”lə oyuna gələrkən qəzada həyatını itirən 9 yaşlı Yiğit Kurtun məzarını ziyarət edib.

Sportinfo.az xəbər verir ki, İstanbul klubunun üzvləri onun ailəsinə başsağlığı verib.

Yiğit Kurt atası ilə Bodrumdan İstanbula gələrkən qəzaya uğrayıblar. O, xəstəxanaya çatdırılsa da, həkimlər həyatını xilas edə bilməyib.

Y.Kurtun ailəsi bir müddət öncə açıqlama verərək “Qalatasaray” üzvlərini övladlarının məzarı üstə görmək istədiklərini bildirmişdi.

Komanda heyəti onun məzarını ziyarət etmək üçün Bodruma yollanıb.

Избранный
26
sportinfo.az

1Источники