RU

KİV: Şoltsun partiyasının reytinqi düşməyə davam edir

Almaniya kansleri Olaf Şoltsun Sosial Demokrat Partiyasının reytinqi düşməyə davam edir və cəmi 14 % təşkil edir.

Bunu INSA İnstitutunun "Bild" nəşri üçün keçirdiyi sorğunun nəticələri sübut edir.

Nəticələrə görə, eyni zamanda, hakim koalisiyadan çıxmış Azad Demokrat Partiyasının istefada olan maliyyə naziri Kristian Lindnerin reytinqi 5 %-ə yüksəlib. Siyahıda lider əvvəlki kimi, 32 % reytinqi olan Xristian Demokratik və Xristian Sosial birliklərinin (CDU/CSU) müxalifət bloku olaraq qalır. İkinci yerdə 19 %-lə "Almaniya üçün alternativ" partiyası qərarlaşıb.

Nəşrin məlumatına görə, koalisiyada qalan "Yaşıllar" 4-cü yerdədir, respondentlərin 11 %-i onlara səs verməyə hazırdır. Qeyd olunur ki, sorğu noyabrın 21-22-də keçirilib və 1 001 nəfər iştirak edib.

Xatırladaq ki, Almaniya noyabrın əvvəlində Maliyyə Nazirliyinin rəhbəri Lindner Şoltsun təkidi ilə işdən çıxarıldıqdan sonra ciddi hökumət böhranı ilə üzləşib.

Избранный
12
4
sam.az

5Источники