RU

Hərbçilərimiz kikboksinq çempionatında 7 qızıl medal qazandılar


Mərkəzi Ordu İdman Klubunun (MOİK) təmsilçiləri Türkiyənin Antalya şəhərində keçirilən “Hərbçilər arasında I açıq Kikboksinq çempionatı”nda iştirak ediblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 
Məlumata görə, yarışlarda MOİK-in zabiti Beynəlxalq Hərbi İdman Şurasında Azərbaycan nümayəndə heyətinin üzvü mayor Tofiq Niftəliyevin rəhbərliyi ilə təmsilçilərimiz müxtəlif çəki kateqoriyaları üzrə 7 qızıl, 1 gümüş və 4 bürünc medalı qazanıblar. Ümumilikdə komanda hesabı üzrə MOİK təmsilçiləri 11 ölkə arasında birinci yerə layiq görülüblər.
Qeyd edək ki, çempionatda Azərbaycanla yanaşı Almaniya, Bosniya və Herseqovina, Ekvador, Fransa, Monqolustan, Özbəkistan, Polşa, Qazaxıstan, Türkiyə və Tailandın hərbi qulluqçuları iştirak ediblər.
Избранный
4
5
yeniavaz.com

6Источники