Hesab edirəm ki, indiki mərhələdə AB Ermənistan ərazisindən müşahidəçilərini geri çəkmək istəməyəcək.BUTA.TV xəbər verir ki, bu sözləri rusiyalı analitik Vladimir Yevseyev erməni mediasına açıqlamasında deyib. O bildirib ki, Ermənistan Baş naziri Paşinyanın AB müşahidəçiləri məsələsində Rusiyanın mövqeyi ortaya qoyulanda bunu suverenliyi ilə əsaslandırması, ancaq Azərbaycana gələndə bunu müzakirə etməyə hazır olduğunu bildirməsi “qəribədir”. Politoloq Paşinyanın AB müşahidəçilərinin demarkasiya olunmuş ərazilərdən çıxarılmasının mümkünlüyü barədə açıqlamasını da şərh edib: “Sərhədlərin demarkasiyası müsbət haldır və təhlükəsizliyin səviyyəsinin yüksəldilməsinə xidmət edir. Ancaq İrəvanın AB müşahidəçilərini demarkasiya olunmuş ərazidən çıxarmaq təklifi əslində müşahidəçiləri saxlamaq cəhdidir, çünki demarkasiya prosesi çox uzun vaxt aparacaq”.