RU

"Moldova hökuməti qanunsuzluq edir, Aİ buna göz yumur" - Hamı əleyhinədir...

Avropa İttifaqının (Aİ) rəhbərliyi Moldova Prezidenti Maia Sandu və onun hakim Fəaliyyət və Həmrəylik Partiyasının qanunsuzluğuna göz yumur.

Teleqraf.com xəbər verir ki, bu sözləri respublikanın keçmiş prezidenti, Sosialistlər Partiyasının lideri İqor Dodon oktyabrda Sandu tərəfindən təşkil edilmiş və ölkə daxilində əhalinin 54%-nin əleyhinə səs verdiyi Aİ-yə üzvlüklə bağlı referendumu şərh edərkən deyib.

"Mən Aİ-yə üzvlüyün əleyhinə deyiləm və biz onunla ölkəmizin milli maraqlarından çıxış edərək danışıqları davam etdirəcəyik. Amma mən avroskeptikəm. Nəyə görə? Çünki Aİ bu hakimiyyətin bütün qanunsuzluqlarına göz yumur. Mən Aİ qanunlarının bizim Moldova qanunlarından üstün olmasını istəmirəm. Aİ-də aparılan hərbiləşdirmə siyasəti və Moldovanın bu praktikanı qəbul etməsi ilə razı deyiləm. Avropaya inteqrasiya etməkdənsə, bu, bizim ənənəvi dəyərlərimizə güzəştə getməkdənsə, müstəqil ölkə olaraq qalmaq və hamı ilə dost olmaq daha yaxşıdır", - deyə Dodon qeyd edib.

Xatırladaq ki, Moldovada partiyaların əksəriyyəti, o cümlədən Avropayönlü partiyalar bu nəticələri mübahisəli hesab edir və referendumun nəticələrinin əsas qanuna daxil edilməsinin əleyhinə çıxış ediblər.


Müəllif: Ceyhun Alışlı
Избранный
16
teleqraf.com

1Источники