RU

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2024-cü ilin yanvar-avqust aylarında ölkədə 68 min 129 doğulan körpə qeydə alınıb. 

Valyuta.az rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər min nəfərinə bu göstərici azalaraq 11,2-dən 10,0-a düşüb. 

Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,2 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,8 faiz olub. Körpələrdən 2 min 252-si əkiz, 96-sı üçəm və 4-ü isə dördəm doğulub.

Cari ilin 8 ayı ərzində ölkə üzrə 39 min 684 ölüm halı qeydə alınıb və 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 6,0-dan 5,8-ə düşüb.

Hesablamalardan göründüyü kimi, cari ilin yanvar-avqust aylarında (244 gün) doğulanlar bir günə orta hesabla 272,2 nəfər, ölənlər isə 162,6 nəfər olub.

Əvəz Həsənov

Избранный
43
valyuta.az

1Источники