RU

"İsveçdə futbolun inkişafı üçün atılan addımlar zamanı böyük pullardan istifadə olunmur"

"İsveç millisi yüksəlişdədir. Rəqibindən asılı olmayaraq, onların özünəinamı, motivasiyası yüksəkdir. Ehtimal edirdim ki, Azərbaycanla oyuna da qələbə üçün çıxacaq. Oyunçuların səviyyəsi bu oyunda da göründü. Matçdan bir gün sonra isveçli məşqçi yoldaşlarımla görüşdüm və oyun haqda danışdıq. Açığı, azərbaycanlı kimi nəticə mənim üçün utancverici idi. Amma isveçlilər həqiqətən çox sadə və mədəni insanlardır. Əsası da təəssüfü, qədəri bölüşən insanlardır. Hətta bəzi məşqçilər mənə İsveç millisinin keçənilki zəif oyunları və nəticələri misal göstərib, nə vaxtsa bizdə də işlərin düzələcəyini qeyd etdilər. Ancaq təəssüflər olsun ki, İsveç millisindən fərqli olaraq bizdə uzun illərdir ki, uğursuzluq davam edir".

Bu sözləri Sportal.az saytına açıqlamasında İsveçdə məşqçi kimi fəaliyyət göstərən Valeh Qafarov deyib. Həmyerlimiz Azərbaycan millisinin Millətlər Liqasının 6-cı turunun İsveçlə görüşündəki 0:6 hesablı məğlubiyyətini şərh edib. İsveçdə həm qadın, həm də kişi futbolunda çalışmış Qafarov bu ölkədə futbola yanaşmadan danışıb: 

"İsveçlilər boşluqları görüb, qısa zamanda bəzi və ən əsası da düzgün dəyişikliklər etdi. İndi də bəhrəsini görürlər. Mən 2009-cu ildə İsveçdə məşqçiliyə başlamışdım. 8-16 yaşa qədər bütün uşaq və yeniyetmə qruplarda məşqçi kimi işləmişəm. Son illərdə isə 16-22 yaş qadın futbol komandasında məşqçilik edirəm. Bu 15 il ərzində həm uşaq, həm yeniyetmə, həm də qızların-qadınların futbolunda sistem eynidir. Dəyişən ancaq ideyalar, təcrübələrdir. Burada həm şifahi, həm də praktiki, həm də analizlərdir. Səbirlə düzgün iş və ən əsası hər yaş qrupuna düzgün yanaşma var. Bunların hamısı İsveç futbolunun inkişafı üçündür. Özü də, İsveçdə futbolun inkişafı üçün atılan addımlar zamanı böyük pullardan istifadə olunmur".

Valeh bəyin fikrincə, Azərbaycan millisinin baş məşqçi postu Qurban Qurbanova tapşırılmalıdır: "Azərbaycan millisinin bugünkü durumunun səbəbləri çoxdur. Əsas odur ki, bu durumdan çıxmağın yollarını tapmalıyıq. Sırf bugünkü gündə milli komandanı hazırkı durumdan çıxmasının yolu Qurban Qurbanovdur. Bütün məşqçilərə hörmətlə yanaşıram. Amma söhbət konkret bugünkü milli komanda və durumdan çıxmağımızdan gedirsə, cavabım qısa və konkretdir: Qurban Qurbanov! Ona millidə vaxt versələr, nəinki durumdan çıxarar, hətta bizim Avropa və dünya çempionatlarına yollanmaq xəyallarımızı da reallaşdıra bilər. Futbolçularımıza da hansı liqalarda oynamalarından asılı olmayaraq iğurlar arzu edirəm. Əsas odur ki, millinin formasında bizləri sevindirsinlər".

Mirbağırağa

saytlarin hazirlanmasi

Избранный
35
sportal.az

1Источники