ABŞ-ın Kolorado ştatında mülki patrul təyyarəsinin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə NBC News ştatın qubernatoru Jared Polisin bəyanatına istinadən məlumat yayıb.
Yayımcının məlumatına görə, ölənlər pilot və aerofotoqrafdır. İkinci pilot ağır yaralanıb və xəstəxanaya yerləşdirilib.