RU

pua

Böyük Britaniyadakı ABŞ hərbi bazaları üzərində naməlum pilotsuz uçuş aparatları (PUA) aşkarlanıb.

Musavat.com xəbər verir ki, bu barədə “The Guardian” qəzeti yazıb.

Qeyd olunub ki, kiçik PUA-lar 20-22 noyabr tarixlərində İngiltərənin şərqində, Suffolk bölgəsindəki "Leykenhit" və "Mildenhol" bazalarının üzərində, həmçinin Norfolkdakı "Feltwell" bazasının yaxınlığında uçublar.

Eyni zamanda, qəzetin məlumatına görə, bu PUA-ların hərbi bazaların işinə, yerli əhaliyə və ya vacib infrastruktur obyektlərinə heç bir təsiri olmayıb.

Hərbiçilərin sözlərinə görə, hələ də bu uçan cihazların düşmən təhdidi olub-olmaması aydın deyil.

Əvvəllər naməlum pilotsuz təyyarələr Almaniyadakı sənaye obyektlərinin üzərində də müşahidə edilib.

Alman kəşfiyyat orqanları onların ruslar tərəfindən dənizdəki mülki gəmilərdən casusluq məqsədilə buraxıla biləcəyini irəli sürüblər.

Musavat.com

Избранный
34
3
musavat.com

4Источники