RU

Bir ağac əkirik...

Bu gün dünyanı ən çox narahat edən  problemlərdən biri Yer üzündə ekoloji tarazlığın qorunmasıdır.

Başqa sözlə demiş olsaq atmosferə normadan artıq zərərli qazların atılması və yaşıllıqların məhv edilməsidir.Bu,dünyamızın ən böyük faciəsidir.Yən insanlar təbiəti çirkləndirməklə  elə birinci  özünü baltalayır. Bakıda keçirilən COP-29 beynəlxalq səviyyəli tədbirdə də məhz bu məsələlər gündəmə gətirilib və məlum olub ki, bəşəriyyəti bir bəladan xilas etmək üçün bir tirlyon ABŞ dolları lazımdır. Dünyada bəlkə də bizim kimi ağaclara qənim kəsilən ikinci bir insan yoxdur.

Bir ağac əkirik, beşini  kəsirik.Təbii ki, bunu sadə insanlar eləmirlər. İcra hakimiyyətlərinin başçıları harda bir balaca boş yer gördülər bina, müxtəlif obyektlər tikmək üçün həmin yerə sərəncam verir. Sərəncamı əlində olan iş adamı ağına- bozuna baxımından orda ağac varsa, kəsdirib yerində inşaat işləri gördürür.

Belə hallara Bakıda daha tez- tez rast gəlmək olur. Minlərlə insan Bakıda ağacəkmə kompaniyasında iştirak edir, beş- altı vəzifəli şəxslər də sərəncam verir ki, ağaclar olan yerdə ayrı- ayrı iş adamları obyekt tiksin.Amma çoxları dərk etmək istəmir ki, o qırılan  ağaclar bizim ömrümüz qısaldır. Bu gün Bakıda daha çox yaşıllıqlara, ağacların əkilməsinə  ehtiyac var.Ağac əkmirik- əkmirik  heç olmasa, otuz, qırx ilin ağacların kəsməyək!!!

Emil Faiqoğlu  

Избранный
25
adalet.az

1Источники