Yazını böyüt
Yazını kiçilt
Xəzər RETSİ-nə (Rayon Enerji Təchizatı və Satışı İdarəsi) aid olan Binə qəsəbəsində 6 kV-luq hava xəttində naqillərin yenilənməsi ilə əlaqədar noyabrın 25-dən 29-dək elektrik xətləri müəyyən olunmuş qaydada bağlanacaq.
Hafta.az bildirir ki, bu barədə "Azərişıq" açıqlama yayıb.
Açıqlamaya görə, bu dövrdə saat 10:00-dan 16:00-dək Binə Atçılıq yaşayış massivinin bir neçə ərazisində elektrik təchizatında məhdudiyyətlər olacaq. Yenidənqurma işləri başa çatdıqdan sonra həmin ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin ediləcək.