RU

Natavan Həbibi bacısını axtarır


Müğənni Natavan Həbibi atasının birinci evliliyindən olan qızını axtarır.

News24.az Axşam.az-a istinadla xəbər verir ki, bu haqda sənətçi "Zaurla Günaydın" verilişində danışıb.

O bildirib ki, bacısı Argentinada yaşayır və illərdir onu görməyib:

"Anamla ailə qurmamışdan əvvəl onun bir ailəsi olub. Onun ilk evliliyindən isə bir qızı doğulub. Atam anamdan ayrılandan sonra yenidən o ailəsinə qayıtmışdı. O qadın rus idi. Ögey bacım hazırda Argentinada yaşayır. Bizim onunla heç bir münasibətimiz yoxdur. Mən hər zaman istəmişəm ki, biz ünsiyyət quraq. Onu axtarmışam. Onun adı Alla Muradovadır. O istəsəydi, özü bizi tapardı. O, hər zaman bizi özündən qovurdu, istəmirdi bizimlə münasibəti olsun. Amma mən hər zaman istəmişəm ki, böyük bacı kimi bizə yaxın olsun".


Избранный
8
15
news24.az

10Источники