RU

Bu xəstəxanaya yeni baş həkim təyin olundu

Sumqayıt Tibb Mərkəzində (STM) yeni təyinat baş tutub.

Ölkə.az “Report”a istinadən xəbər verir ki, 4 nömrəli Xəstəxanasının baş həkim vəzifəsinə Bahadır Mahmudov təyin olunub.

STM-in direktor müavini Ramin Qasımov yeni baş həkimi xəstəxananın kollektivinə təqdim edib.

Qeyd edək ki, B.Mahmudov bu təyinatadək 3 nömrəli Xəstəxananın Terapiya şöbəsinin müdiri vəzifəsində çalışıb.

Məlumatı Sumqayıt Tibb Mərkəzindən təsdiqləyiblər.

Избранный
96
27
olke.az

10Источники