RU

İdman direktorunu baş məşqçi qoysaydılar…

Büdcəsi 5 milyon manatı aşan «Səbail»in builki məqsədi Premyer Liqada qalmaqdır.

Cavid Hüseynovu buna görə baş məşqçi postuna gətiriblər demə.

Nə böyük hədəflə çempionatda çıxışlarını davam etdirəcəklərmiş, eh…

Klub rəhbərliyi əllərindəki pulu havaya sovurur. Özləri də bilmirlər ki, nə iş görürlər, necə görürlər.

Liqada yerini qorumaq istəyən komandaya Cavid Hüseynov lazım deyildi. İdman direktoru Zamiq Hüseynovu da texniki zonada əyləşdirmək olardı.

Cavid Hüseynovdansa, Zamiq Hüseynova güvənsəydilər, mövcud heyətlə məlum məqsədin öhdəsindən gəlmək mümkün idi.

Adını çəkdiyimiz funksionerin kollektivə təsir gücü çox böyükdür. Şahin Diniyev də onunla intriqanın qurbanı oldu.

Nahaq bu boyda xərc töküb, cavan oğlanı Tovuzdan Bayıla gətiriblər. Qalmışdı da öz yerində, Kurban Berdiyevin böyründə əyləşib, bala-bala işləyirdi.

«Səbail»in dabanından ağıl süzülən başbilənləri onu da, özlərini də işə salıblar.

«Qarabağ»la matç bəlli etdi ki, potensial var. Sadəcə, bu potensiali açmaq lazımdır.

Onu açan lazımdır, Cavid Hüseynovun Şahin Diniyevdən yaxşı olacağına isə güman azdır.

Çünki gəlib-gəlməyib, futbolçulardan gileylənməyə başlayıb. «Səbail»dəkilərin bir xüsusiyyətini yəqin ona deməyiblər.

Deməyiblər ki, onları qınayan baş məşqçini burada xoşbəxtlik gözləmir, bədbəxtlik gözləyir.

ELNUR

Избранный
39
sportinfo.az

1Источники