RU

"Yəmən husiləri Ukraynada Rusiyanın tərəfində döyüşür" - "Financial Times"

"Bizi Ukrayna müharibəsinə insanlarla alver edən dələduzlar cəlb edib..."
 
Yəməndən yüzlərlə muzdlu yaraqlı Rusiyaya gəlib və Moskvanın Ukraynaya qarşı döyüş əməliyyatlarına qatılıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Britaniyanın "Financial Times" nəşri məlumat yayıb.
 
Nəşrin məlumatına görə, Rusiya ordusu ilə müqavilə imzayanlara yüksək məvacib və Rusiya vətəndaşlığı vəd edilib. Bu yolla Yəməndən olan muzdlular Rusiyanın tərəfində döyüşən 11 min Şimali Koreya əsgərlərinə, habelə Nepaldan olan legionerlərə və Hindistandan olan sipaylara (muzdlu əsgərlər) qoşulub.
 
Qəzet yazır ki, yəmənlilərə bu işi husilərlə əlaqəsi olan şirkət vəd edib. İşəgötürənlər tərəfindən müqavilələrin bəziləri Omanda bir neçə şirkətə malik olan husi siyasətçisi Həsən Əl-Cəbri tərəfindən imzalanıb.
 
Yəmənlilər Rusiyaya gələndə onlar Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlamağa və müharibəyə göndərməyə məcbur edilib, nəşr yazıb.
 
Nəşr güman edir ki, Yəmən əsgərlərinin cəlb edilməsinə hələ bu ilin iyul ayında başlanılıb. Jurnalistlərin tanış olduğu müqavilələrdən birində 3 iyul tarixi qeyd edilib, sənəd Nijni Novqorodda müqavilə üzrə xidmət edəcək əsgərlərin seçilməsi mərkəzinin rəhbəri tərəfindən imzalanıb.
 
Cəlb edilənlərdən Nabil adlı birisi deyib ki, o, 200 yəmənlinin daxil olduğu qrupun tərkibində sentyabr ayında Moskvaya gəlib və cəbhəyə göndərilib. Onun sözlərinə görə, bu qrupda olanların bəziləri təcrübəli hərbçi olub, lakin bir çoxları heç bir hazırlıq keçməyib. Nabil iddia edir ki, ona Rusiyaya "təhlükəsizlik və mühəndislik işi" sahəsində" sərfəli iş vəd edilib. Onun sözlərinə görə, Rusiyada pullar qazanıb təhsilini bitirməyi planlaşdırıb.
 
Qəzetin daha bir həmsöhbəti Abdulla deyib ki, ona dronlar istehsalında işə görə birdəfəlik 10 min dollar və hər ay 2 min dollar əmək haqqı vəd edilib. O, sentyabrın 18-də Moskvaya gəlib, digər yəmənlilərlə birlikdə hava limanından Moskva ətrafında hansısa obyektə aparılıb. Onlar müqavilə imzalamaqdan imtina edəndə, orada olan ''işəgötürənlərdən" biri onların başı üzərindən tapançadan atəş açıb, Abdulla iddia edib.
 
Onun sözlərinə görə, onlar Ukrayna ilə sərhəddə aparılıb, sadə hərbi hazlırlıq keçirilib və Rostov ətrafında yerləşən hərbi bazaya göndərilib. Andulla iddia edib ki, onun olduğu qrupda olan bir çoxları Ukraynada həlak olub. O, bəyan edib ki, onları müharibəyə "insanlarla alver edən dələduzlar" cəlb edib.
 
Eyni zamanda yüksək vəzifəli amerikalı məmurlar tədqiqat müəllifi ilə söhbətdən sonra bəyan edib ki, Rusiya Yəmən husiləri ilə əlaqələri möhkəmləndirməyə cəhd edir, böyük ehtimalla, tezliklə Rusiyanın qabaqcıl silahları Yəmən husilərinin əlinə düşəcək. Üstəlik, bundan öncə məlumat verilib ki, Rusiya İranın vasitəçiliyi ilə husilərə silah tədarükü haqqında danışıqlar aparır.
Избранный
34
moderator.az

1Источники