RU

Fırtına Böyük Britaniyanı cənginə aldı - Ölənlər var

Böyük Britaniyada şənbə günü "Bert" qasırğası qar, yağış və güclü küləklərlə ölkəni sarsıdıb, bir neçə nəfərin ölümünə və infrastrukturun zədələnməsinə səbəb olub.   Manset.az xarici mediaya istinadən xəbər verir ki, İrlandiyada da yollar su altında qalıb, minlərlə ev elektriksiz qalıb. Cənubi İngiltərədə A34 magistral yolunda ağacın avtomobilin üzərinə düşməsi nəticəsində 60 yaşlı kişi ölüb. Newcastle hava limanında uçuşlar müvəqqəti dayandırılıb, Şotlandiyada isə bəzi qatar xidmətləri ləğv edilib. Severn körpüsü güclü küləklər səbəbindən bağlanıb, bəzi yollarda isə avtomobillər qalıb.

Met Office baş meteoroloqu Ceyson Kelli qasırğanı "çox təhlükəli" adlandırıb və ölkə boyu qar, yağış və küləyin davam edəcəyini bildirib.

Избранный
65
manset.az

1Источники