RU

İstanbulda ailə faciəsi: 5 nəfəri öldürüb intihar etdi

Türkiyənin İstanbul şəhərində ailə faciəsi yaşanıb.

 

Modern.az İHA-ya istinadən xəbər verir ki, Bahadır Aladağ adlı şəxs evdə ata və anasını, daha sonra isə baldızını və yaxın dostunu qətlə yetirib.

 

Valideynlərini yaşadıqları evdə qətlə yetirən Aladağ Esenyurdda baldızının, Avcılarda isə bərbər dostunun həyatına son qoyub.

 

Bundan əlavə, qatilin 2 nəfərə də ağır xəsarət yetirdiyi bildirilir.

 

Aladağ sonda şəxsi avtomobilində intihar edib.

 

Faktla bağlı araşdırma aparılır.

Избранный
4
8
modern.az

10Источники