RU

Londonun mərkəzində baş vermiş bıçaqlı dava zamanı üç nəfər xəsarət alıb

Londonda parlament binası yaxınlığında bir kişiyə qarşı sui-qəsd cəhdindən sonra polis üç nəfəri həbs edib.

“Far.Az” xəbər verir ki, bu barədə “Daily Mail” qəzeti məlumat yayıb.

Polisə Vestminster körpüsündə dava barədə məlumat daxil olub. Daha sonra orada bıçaq yarası alan bir kişi aşkar edilib. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb və “hazırda həyatı üçün mübarizə aparır”.

Polis hadisədən sonra Vestminster körpüsünü mühasirəyə alıb. Həmçinin qeyd edilib ki, “bu hadisə terrorizm kimi qiymətləndirilmir”.

“Üç nəfər qətlə cəhddə şübhəli bilinərək bir nəfər isə dava etdiyinə görə həbs edilib”, – nəşrin saytında bildirilir.

Polisin məlumatına görə, həbs edilənlərdən ikisi üzdən yüngül xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Избранный
50
2
far.az

3Источники