RU

Problemi arxada qaldı, 4 aydan sonra “Qarabağ”a qayıtdı

Şahrudin Məhəmmədəliyev zədəsinin tam sağaldıb.

Sportinfo.az xəbər verir ki, əlindən aldığı xəsarət üzündən uzun müddət yaşıl sahələrdən kənarda qalan qapıçının adı

Premyer Liqanın XIV turunun “Səbail” – “Qarabağ” oyununun (0:3) protokoluna daxil edilib.

Onun adı Premyer Liqada sonuncu dəfə I turda protokola düşüb.

O, avqustun 2-də “Araz-Naxçıvan”la görüşdə (4:1) 90 dəqiqə meydanda olub. Sonradan zədələnən qolkiper 113 gündən sonra protokola daxil edilib.

Komandasının “1 nömrə”si bu dəfə ehtiyat skamyada yer alıb.

Избранный
61
sportinfo.az

1Источники