RU

"Fermerlər" vəzifəli şəxslərin qanuni yazılı tələblərini yerinə yetirməyib

"Fermerlər" MMC-yə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, protokol Qida Təhlükəsizliyi Agentliyi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 544.2-ci (İstehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

İş Sumqayıt Şəhər Məhkəməsinin hakimi Ramiz Quliyevin icraatındadır. Baxış iclası dekabrın 2-də keçiriləcək.

 

Xəyal Quliyev

Tarix: 25 Noyabr 2024, 08:03   
Избранный
59
pravda.az

1Источники