Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Müdafiə Nazirləri Şurasının Almatıda keçiriləcək toplantısında Əfqanıstanla bağlı mühüm sənədi qəbulu planlaşdırılır.
Reyting.az “Sputnik-Kazaxıstan”-a istinadla xəbər verir ki, bu barədə KTMT-nın baş katibi İmanqali Tasmaqambetov Belarusun “STV” telekanalına müsahibəsində deyib.
Baş katib bildirib ki, bu, Tacikistan–Əfqanıstan sərhədinin yaxşılaşdırılması üçün məqsədyönlü dövlətlərarası proqram olacaq.