RU

Tramp 15 min transgenderi ordudan qovmağa hazırlaşır - KİV

ABŞ-ın yeni prezidenti Donald Tramp ölkənin silahlı qüvvələrində xidmət edən bütün transseksual hərbçilərinin işdən çıxarılmasını nəzərdə tutan sərəncam imzalamağa hazırlaşır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “The Times” məlumat yayıb.

    Həqiqi hərbi qulluqçuların sıralarında 15 minə yaxın transseksual var və onların tibbi səbəblərə görə xidmətə yararsız kimi tərxis olunması planlaşdırılır.

    Mənbənin sözlərinə görə, yeni fərman 2018-ci ilin martında Trampın ilk prezidentliyi dövründə qəbul edilmiş əvvəlki fərmandan daha sərt olacaq (Co Bayden bu qərarı 2021-ci ilin yanvarında ləğv edib).

    Qeyd edək ki, o zaman Tramp transseksualların hərbi xidmətə getməsini qadağan etmiş, lakin artıq xidmət edənlərə hərbi fəaliyyətlərini davam etdirməyə icazə vermişdi.

    Yeni fərman isə hətta silahlı qüvvələrdə karyera qurmağı bacaranların da işdən çıxarılmasını təklif edir.

    “Orduda döyüşçülərin olmadığı bir vaxtda bu insanlar öz mövqelərini tərk etməyə məcbur olacaqlar. Yalnız Dəniz Korpusu işə qəbul standartlarına cavab verir. Bu qərarların təsirinə məruz qalanların bəziləri çox yüksək vəzifələr tutur”, - mənbə qeyd edib.

    Xatırladaq ki, noyabrın 13-də “The Wall Street Journal” Trampın komandasının generalları təmizləmək üçün hərbi şura yaratmaqla bağlı sərəncam üzərində işlədiyini yazıb.

    Nəşr qeyd edir ki, Tramp sərəncamı təsdiqləsə, liderlik keyfiyyətlərinə malik olmayan general və admiralların işdən çıxarılması sürətlənəcək.

    Избранный
    2
    2
    bakivaxti.az

    8Источники