RU

Dövlətə xəyanətdə ittiham olunan Fidan yenidən məhkəmə qarşısında

Dövlətə xəyanətdə ittiham olunan 21 yaşlı Fidan Əliyevanın barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək ilkin hazırlıq iclası noyabrın 27-nə təyin edilib.

 

Şikayət hakim Faiq Qəniyevin sədrliyi ilə araşdırılacaq.

 

İttihama görə, F.Əliyevaya Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb. O, Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində aksiyada iştirak edən zaman Ermənistan xüsusi xidmət orqanının əməkdaşına Azərbaycan haqqında məlumatlar ötürməkdə ittiham olunur. Hadisə 2022-ci ildə baş verib. Onun həbsindən sonra düşmənə göndərdiyi səsyazıları və videoları yayılıb.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilib.

 

Kamal Məmmədov

 

Tarix: 25 Noyabr 2024, 09:42   
Избранный
14
pravda.az

1Источники