RU

Hayfanın meri şəhərin çökdüyünü deyir

Hayfanın

“Hizbullah” raketlərinə görə, İsrailin Hayfa şəhərində dükanlar bağlanıb, şəhər çox çətin iqtisadi vəziyyətlə üzləşib.

Reyting.az
xəbər verir ki, bunu Hayfa meri Yona Yahav İsrail mərkəzli “i24 News” kanalına deyib.

Qeyd edək ki, İsrailin şimalında yerləşən Hayfa tez-tez raket hücumuna məruz qalır.

Yahavın sözlərinə görə, şəhərdəki ağır iqtisadi vəziyyəti İsrail parlamentinin üzvlərinə izah etmək üçün sabah Knessetə gedəcək.

“Knessetin Maliyyə Komitəsi və İsrail orada (Hayfada-red.) nə qədər dəhşətli və təhlükəli hadisələrin baş verdiyini anlamır və ya bilmir. Hayfa hədəfə alınır, dükanlar bağlandıqdan sonra iqtisadiyyat çökür və şəhər iqtisadi cəhətdən durğunlaşır”, - deyə mer əlavə edib.

Onu da qeyd edək ki, Livandan İsrailin şimalına tez-tez raketlər atılır. Atılan raketlərin bir hissəsi İsrailin hava hücumundan müdafiə sistemi Dəmir Günbəz tərəfindən məhv edilsə də, bəziləri Hayfanın müxtəlif nöqtələrinə düşüb.

ELÇİN
Избранный
32
reyting.az

1Источники