RU

Atası Neymarın gələcəyindən danışdı

style='margin-bottom:10px;'>

"Əl-Hilal"ın hücumçusu Neymarın atası Neymar da Silva Santos futbolçunun gələcəyi ilə bağlı sualı cavablandırıb.

QOL.az AS-a istinadən xəbər verir ki, o deyib: “Nə olacağını görəcəyik. Biz heç vaxt heç nə planlaşdırmamışıq. Yeganə plan "Barselona"ya getmək idi. Qalan hər şey təsadüfən oldu. PSJ tsiklə çevrilən çılğın bir ideya idi. Elə "Əl-Hilal" da. 

Transfer bazarı Neymarın zədəsini sağaltmağını gözləyir. Neymar bu dəfə mütləq geri dönəcək. Onun 2025-ci ilə qədər "Əl-Hilal"la müqaviləsi var. Biz hələ heç nə bilmirik”.

Xatırladaq ki, Neymar 2023-cü ilin avqustunda “Əl-Hilal” a keçib.

Braziliyalı futbolçu bir illik zədədən sağaldıqdan sonra yenidən 1,5 aylıq sıradan çıxıb. 

Избранный
6
3
teleqraf.com

6Источники