RU

Ukrayna səfərbərlik planının yalnız üçdə ikisini yerinə yetirib

Ukrayna Silahlı Qüvvələrinin cəbhədəki problemləri əsasən kadr çatışmazlığı səbəbindən pisləşir...

Poliqon xəbər verir ki, bu barədə “The Economist” qəzeti adının açıqlanmasını istəməyən yüksək vəzifəli ukraynalı məmura istinadən məlumat yayıb. Nəşr yazır ki, Ukrayna ordusunun sıralarına qoşulmaq istəyənlərin sayı getdikcə azalır və səfərbərlik kampaniyasında nəzərdə tutulan hədəfin cəmi üçdə ikisi yerinə yetirilib. Mənbənin fikrincə, yaza qədər vəziyyət daha da pisləşə bilər.

Nəşrin mənbəsi qeyd edir ki, daha böyük problem yeni gələn hərbçilərin keyfiyyəti ilə bağlıdır. “Les” ləqəbli 65-ci briqadanın batalyon komandiri “The Economist”ə bildirib ki, hazırda orduda olanların çoxu yaşlı və həvəssizdir.

“Mənə 50 yaşdan yuxarı olanları həkim qeydləri ilə göndərirlər ki, onlar xidmət etmək üçün əslində yararsızdırlar. Bəzən mənə elə gəlir ki, mən döyüş bölməsi deyil, uşaq bağçası idarə edirəm”, deyə batalyon komandiri bildirib.

Poliqon.info

Избранный
25
poliqon.info

1Источники