RU

Osimheni "Qalatasaray" transfer edən menecer daha bir ulduz gətirir

"Qalatasaray" Heung-Min Sonu heyətinə qatmaq üçün hərəkətə keçib.Metbuat.az xəbər verir ki, futbolçunun "Tottenhem"lə müqaviləsi mövsümün sonunda başa çatacaq. Məlumata görə, "Qalatasaray" rəhbərliyi Viktor Osimheni kluba gətirən menecer Corc Qardiyə Heung-Min Sonu transfer etmək üçün səlahiyyət verib. Bildirilir ki, "Tottenhem"lə müqaviləsini uzatmaq istəməyən futbolçu ilə "Barselona" da maraqlanır. Sonun müqaviləsindəki şərtə əsasən, onun İngiltərə komandası müqaviləsini 1 illik artırmaq seçimi var.

Qeyd edək ki, 2015-ci ildən "Tottenhem"də çıxış edən Heunq-Min Son 419 oyun keçirib. Cənubi Koreyalı ulduz bu matçlarda 165 qol vurub və 87 məhsuldar ötürmə edib.

Избранный
19
metbuat.az

1Источники