RU

İran Qərblə nüvə danışıqlarına hazırlaşır

İran noyabrın 29-da Avropa İttifaqı, o cümlədən üç Avropa ölkəsi və ABŞ arasında dayandırılmış 2015-ci ildə imzalanmış nüvə sazişini bərpa etmək üçün danışıqlar aparacaq. Tribunainfo.az xəbər verir ki, bu barədə “Tasnim” Agentliyi məlumat yayıb.
Məlumatda deyilir ki, görüş Cenevrədə keçiriləcək. Həmin görüş üçün İran tərəfindən nümayəndə heyətinin tərkibi müəyyən olunub. Onlara İran prezidentinin xüsusi məsələlər üzrə müşaviri Məhəmməd Cavad Zərif başçılıq edəcək.
İran nəşrləri hesab edirlər ki, bu ilk danışıq prosesidir və ciddi uğurun gözləinlməsi mümkün deyil. Lakin onlar bu danışıqların davamlı şəkil alacağına ümid edirlər.

Избранный
17
tribunainfo.az

1Источники