RU

Dekabrın 3-də pul paylanacaq? - RƏSMİ CAVAB

Bütün dünyada hər il dekabrın 3-də Beynəlxalq Əlillər Günü qeyd olunur. 

"Cenheinfo.az" xəbər verir ki, sağlamlıq imkanları məhdud olan şəxslərə və onların ailələrinə diqqət və qayğının artırılması, problemlərinin həllinə cəmiyyətin diqqətinin cəlb olunması məqsədilə aidiyyatı qurum və təşkilatlarla əməkdaşlıq şəraitində müxtəlif layihələr həyata keçirilir, beynəlxalq təcrübə öyrənilir, icmalarda mütəmadi maarifləndirmə işləri aparılır. Sosial şəbəkələrdə isə Beynəlxalq Əlillər Günü münasibətilə əlillik statusu olan şəxslərə dövlət tərəfindən pul ayrıldığı ilə bağlı iddialar yayılıb. 

Bildirilib ki, 3 dekabrda hər kəs şəxsiyyətini və əlilliyini təsdiqləyən sənədlə yerli aidiyyəti qurumlara yaxılaşaraq pulu götürə bilər. 

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən "Cenheinfo.az"-ın sorğusuna cavab olaraq bildirilib ki, bu iddialar həqiqəti əks etdirmir. 

Избранный
17
cebheinfo.az

1Источники