RU

Rusiyanın raket sistemləri üçün komponentlər istehsal edən zavodu vuruldu (VİDEO)

Rusiya Federasiyasının Kaluqa vilayətinin Kaluqa şəhərində pilotsuz təyyarələr Rusiya hərbi-sənaye kompleksinə daxil olan "Tayfun” zavoduna hücum edib.

Qaynarinfo xəbər verir ki, bu haqda Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko Telegram- da yazıb.

Kovalenkonun sözlərinə görə, bu zavod rabitə sistemləri, elektron kəşfiyyat və radar avadanlıqları, hərbi texnikada quraşdırılan müşahidə və istiqamətləndirmə sistemləri üçün komponentlər istehsal edir.

"Tayfun” həmçinin hava hücumundan müdafiə sistemləri, aviasiya texnikası və raket sistemləri üçün hissələri istehsal edir, Rusiya qoşunları ilə xidmətdə olan texnikanın texniki xidməti və təkmilləşdirilməsi ilə məşğul olur.

Bundan əlavə, zavod müxtəlif hərbi sistemlərin inteqrasiyası üçün zəruri olan elektron modullar və xüsusi avadanlıq istehsal edir.

Bundan əvvəl Rusiyanın Telegram kanalları noyabrın 25-nə keçən gecə Kaluqada pilotsuz təyyarələrin vurulduğunu bildirmişdi. Rusiya Federasiyasının Kaluqa vilayətinin qubernatoru dronlardan birinin dağıntılarının sənaye müəssisəsinin ərazisinə düşdüyünü , nəticədə yanğınla nəticələndiyini bildirib.

Alpər

Избранный
8
1
qaynarinfo.az

2Источники