Bakı. Trend:
25 və 26 noyabr tarixlərində Milli Gimnastika Arenasında “Kişiidman gimnastikası üzrə 29-cu, qadın idman gimnastikası üzrə 8-ciölkə çempionatı və birinciliyi” yarışları start götürüb.
Trendxəbər verir ki, yarışlarda balacalar (2015-2016), kiçiklər (2017-ciil), uşaqlar (2013-2014), yeniyetmələr (2011-2012), gənclər(2007-2010) və böyüklər (2006-cı il və daha böyük) yaşkateqoriyaları üzrə gimnastlar mübarizə aparacaqlar.
İdmançılar gimnastika atı, sərbəst hərəkətlər, dayaqlı tullanma,halqalar, paralel qollar, turnik üzrə proqramlarda öz məharətlərinigöstərəcəklər.