RU

İran cümə günü Fransa, Almaniya və Britaniya ilə nüvə danışıqları aparacağını bildirib

İran bazar günü bildirib ki, BMT-nin nüvə nəzarəti orqanı tərəfindən ona qarşı tənqid məzmunlu qətnamənin təşəbbüskarı olan üç Avropa ölkəsi ilə yaxın günlərdə nüvə müzakirələri aparacaq.

Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Baqai İran, Fransa, Almaniya və Böyük Britaniyanın xarici işlər nazirlərinin müavinləri arasında görüşün yerini dəqiqləşdirilmədən cümə günü baş tutacağını deyib.

“Fələstin və Livan, eləcə də nüvə məsələsi daxil olmaqla, bir sıra regional və beynəlxalq məsələlər və mövzular müzakirə olunacaq”, Xarici İşlər Nazirliyinin sözçüsü bildirib.

Baqai qarşıdan gələn görüşü BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən illik sessiyası çərçivəsində sentyabr ayında ölkələrlə aparılan danışıqların davamı kimi qiymətləndirib.

BMT-nin Beynəlxalq Atom Enerjisi Agentliyinin 35 ölkənin rəhbərlər şurası cümə axşamı günü İranı əməkdaşlıq etmədiyinə görə qınayan qətnamə qəbul edib.

Bu addım İranın nüvə proqramı ilə bağlı gərginliyin artması fonunda atılıb. Tənqidçilər proqramın nüvə silahı hazırlamaq məqsədi daşıdığı ilə bağlı qorxularını ifadə edir. Tehran isə bunu dəfələrlə təkzib edib.

Bu, eyni zamanda, Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossinin Tehrana belə görünür, irəliləyişə nail olduğu səfərindən qayıtdıqdan sonra baş verir.

Səfər zamanı İran agentliyin silah sinfinə yaxın zənginləşdirilmiş uran ehtiyatını 60 faiz saflığa qədər məhdudlaşdırmaq tələbi ilə razılaşıb.

Qətnaməyə cavab olaraq İran “yeni və qabaqcıl sentrifuqalar seriyası”nı işə saldığını elan edib.

“Biz müxtəlif növ müasir maşınlardan istifadə etməklə zənginləşdirmə qabiliyyətini əhəmiyyətli dərəcədə artıracağıq”, İranın Atom Enerjisi Təşkilatının sözçüsü Behrouz Kamalvəndi dövlət televiziyasına deyib.

Bununla belə, İran həmçinin “Beynəlxalq Atom Enerjisi Agentliyi ilə texniki və təhlükəsizlik sahəsində əməkdaşlığı” davam etdirməyi planlaşdırdığını bildirib.

İyul ayından hakimiyyətdə olan və Qərb ölkələri ilə dialoqu dəstəkləyən İran prezidenti Məsud Pezeşkian ölkəsinin nüvə proqramı ilə bağlı “şübhələri və qeyri-müəyyənlikləri” aradan qaldırmaq istədiyini bildirib.

2015-ci ildə İran və dünya güdrətləri nüvə proqramının məhdudlaşdırılması müqabilində Tehrana qarşı beynəlxalq sanksiyaların yumşaldılmasını nəzərdə tutan razılaşma əldə ediblər.

Lakin Birləşmiş Ştatlar 2018-ci ildə o zaman prezident Donald Trampın dövründə birtərəfli qaydada sazişdən çıxaraq, sərt iqtisadi sanksiyaları bərpa edib və İran öz öhdəliklərindən geri çəkilməyə başlayıb.

Tehran 2021-ci ildən ölkənin nüvə proqramını izləyən müşahidə cihazlarını sıradan çıxararaq və BMT müfəttişlərinə qadağa qoymaqla Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığı azaldıb.

İran qyni zamanda zənginləşdirilmiş uran ehtiyatını və zənginləşdirmə səviyyəsini 60 faizə çatdırıb.

Agentliyin bildirdiyinə görə, bu səviyyə nüvə başlığı üçün tələb olunan 90 faiz və ya daha çox həddə yaxındır və 2015-ci ildə razılaşdırılmış 3,67 faiz limitindən xeyli yuxarıdır.

visiontv.az



Избранный
407
visiontv.az

1Источники