RU

VAKANSİYA: Tibb bacısı tələb olunur -  Maaş 1000 AZN

VAKANSİYA: VAKANSİYA: Tibb bacısı tələb olunur -

Hacıqabul Quşçuluq Şirkəti MMC Tibb bacısı vakansiyası üzrə işə qəbul elan edir

E-saglam.az sözügedən vakansiya ilə bağlı məlumatları təqdim edir.

Vəzifə öhdəlikləri:

– İşçilərə ilkin tibbi yardım göstərmək;

– Fabrik daxilində sanitar-gigiyenik qaydaların icrasına nəzarət etmək;

– Tibbi ləvazimatların mövcudluğunu və istifadəyə yararlılığını mütəmadi olaraq yoxlamaq və ehtiyac yarandıqda yenilənməsini təmin etmək;

Namizədlərə tələblər:

– Tibb bacısı ixtisası üzrə peşə təhsili və müvafiq sertifikat;

– Tibb bacısı və ya ilkin tibbi yardım üzrə ən azı 1-2 il iş təcrübəsi;

– İlkin tibbi yardım üzrə geniş biliklər;

– Səbirli, diqqətli və məsuliyyətli olmaq;

– İşçilərlə ünsiyyət qurmaq bacarığı və komanda ilə işləmə bacarığı

İş rejimi:

– İş yeri : Hacıqabul rayonu

– İş rejimi – 6 günlük iş həftəsi

– Nahar şirkət tərəfindən qarşılanır;

– Bakı, Hacıqabul, Şirvan və Sabirabad rayonlarına nəqliyyat servis xidmətimiz fəaliyyət göstərir

Əmək haqqı:

– Aylıq məvacib 500-1000 manat təşkil edir (Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)

– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat

Müraciət üçün:

– Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Tibb bacısı” qeyd edərək [email protected] e-poçt ünvanına göndərmələri xahiş olunur.

– DİQQƏT: yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq, zəng üzərindən müraciətlər qəbul olunmur.

E-saglam.az 

#vakansiya #işelanı #tibbivakansiyalar #tibbixeberler tibbbacısı #tibbbacısıvakansiyası

Избранный
18
e-saglam.az

1Источники