RU

Almaniya kansleri Şoltsun “Taurus” raketləri ilə bağlı bəyanatı seçkiqabağı manevr kimi qiymətləndirildi – ÖZƏL

Almaniya Bundestaqının deputatı, "Almaniya üçün Alternativ" (AfD) partiyasının nümayəndəsi Yevgeni Şmidt kansler Olaf Şoltsun Ukraynaya uzaqmənzilli "Taurus" raketlərinin verilməsindən imtina etməsi ilə bağlı bəyanatını seçkiqabağı siyasi manevr adlandırıb.

Olaylar.az xəbər verir ki, Şmidt, Şoltsun Ukraynaya "Leopard" tanklarının göndərilməsi ilə bağlı uzun müzakirələrdən sonra mövqeyini dəyişdiyini xatırladaraq, hazırkı bəyanatların seçkiqabağı ritorika olduğunu bildirib. 

"Şolts çox şey vəd edib və sonradan fikrini dəyişib. Onun hazırkı açıqlamaları da seçkiqabağı ritorikadır - digər partiyalar fonunda özünü chr("39")sülh kanslerichr("39") kimi göstərmək cəhdidir."

Deputat qeyd edib ki, Almaniyada əksər vətəndaşlar Ukrayna münaqişəsinin eskalasiyasına qarşıdır və Şolts bu yolla siyasi reytinqini artırmağa çalışır.

Eyni zamanda, Almaniyanın gələcək kansleri olmaq istəyən Fridrix Merts, Ukraynaya "Taurus" raketlərinin tədarükünə hazır olduğunu bəyan edib. O, raketlərin göndərilməsinin Berlinin münaqişəyə qoşulmasına səbəb olmayacağını bildirib və Moskvanı Ukrayna infrastrukturuna hücumları dayandırmağa çağıran ultimatum verəcəyini açıqlayıb.

Lakin Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Almaniyanın belə bir qərarının münaqişənin daha təhlükəli mərhələyə keçməsi riskini çoxaldacağını bildirib və bu addımın nüvə cavabına səbəb ola biləcəyi ilə hədələyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
28
olaylar.az

1Источники