“2025-ci ilin dövlət büdcəsindən ünvanlı dövlət sosial yardımı üçün 457 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub”.
Bizim.Media xəbər verir ki, bunu parlamentin plenar iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
O, ötən illə müqayisədə təhsil xərclərinin 8,7 faiz artırıldığını bildirib:
“Bununla da təhsil xərcləri 2021-ci ilə nisbətən 60 faiz artmış olacaq. Valideynlərini itirmiş, müharbə veteranlarının, məcburi köçkünlərin övladlarının, əlilliyi olanların təhsili üçün 41 milyon manat vəsait ayrılacaq”.
Günay Şahmar, Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта