RU

Qazaxıstan BTC ilə neft tədarükünü artırma imkanlarını araşdırır

Bakı. Trend:

Qazaxıstan Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə nefttədarükünü cari 1,5 milyon tondan 20 milyon tona qədər artırmaimkanlarını nəzərdən keçirir.

Trend xəbər verir ki, bubarədə Qazaxıstanın Energetika və Mineral Ehtiyatlar naziriAlmasadam Satkaliyev parlamentdə hökumət saatında çıxışı zamanıbildirib.

"BTC istiqaməti hazırda ən perspektivli marşrutlardan biridir.Həm bizim tərəfimizdən, həm də Azərbaycanın tərəfdaşları tərəfindənbu istiqamətdə Qazaxıstan neftinin tədarükünün planlı şəkildəartırılmasına maraq var.

2024-cü il üçün BTC vasitəsilə 1,5 milyon ton neft tədarüküplanlaşdırılıb. Bu marşrut üzrə tədarükün illik 20 milyon tonadəkartırılması perspektivləri araşdırılır", - o qeyd edib.

Nazirin sözlərinə görə, neft hasilatının artımı və yeni dənizlayihələrinin istismara verilməsini nəzərə alaraq, ortamüddətliperspektivdə Qazaxıstanın Energetika Nazirliyi, "KazMunayQaz" millişirkəti və digər maraqlı tərəflər əlavə nəqliyyat marşrutlarının, ocümlədən, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafıüzərində iş aparır.

Qeyd edək ki, Qazaxıstan neft ixracı marşrutlarını şaxələndirməkməqsədilə ötən ildən BTC vasitəsilə tədarüklərə başlayıb.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Qazaxıstanın"KazMunayQaz" şirkəti hər il bu marşrutla 1,5 milyon ton Qazaxıstanneftinin nəqli barədə razılıq əldə edib. İxrac 2023-cü ilin aprelayında başlayıb.

Избранный
24
az.trend.az

1Источники