RU

Ukrayna silahlı qüvvələrinin növbəti hədəflərindən biri Rostov vilayəti ola bilər- The Wall Street Journal

Rostov vilayəti Ukrayna silahlı qüvvələrinin Rusiya ərazisində ATACMS raketləri ilə vuracaq növbəti hədəflərindən biri ola bilər. Vətəninfo.az xəbər verir ki, bu barədə Amerikanın “The Wall Street Journal” qəzeti yazır.

“Ukraynanın ATACMS raketləri ilə hədəfə ala biləcəyi ən çox ehtimal olunan istiqamətlərdən biri Rostov vilayətidir”, – nəşr yazır.

Qeyd olunur ki, Ukrayna silahlı qüvvələri Amerikanın uzaqmənzilli silahları ilə Rusiya regionunda ən azı dörd hərbi hava limanına hücum edə bilər.

Bundan əlavə, WSJ-nin yazdığı kimi, Vaşinqton artıq Ukrayna üçün ATACMS raketləri ilə vurulacaq 200-ə yaxın hərbi hədəfi əks etdirən xəritə hazırlayıb.

Избранный
25
veteninfo.az

1Источники